AzTV kollektivi Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib








Bu gün “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin kollektivi Fəxri xiyabanı ziyarət edib.
Azturkxeber.az-ın məlumatına görə, ziyarət zamanı Ulu Öndər Heydər Əliyevin məzarı önünə gül dəstələri qoyulub, Ümummilli Liderin əziz xatirəsi dərin ehtiramla yad edilib. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarı üzərinə də gül dəstələri düzülüb.
Daha sonra AzTV-nin kollektivi Şəhidlər xiyabanını ziyarət edib. Vətənin azadlığı və müstəqilliyi uğrunda canlarından keçən şəhidlərin xatirəsi ehtiramla anılıb, məzarları önünə güllər qoyulub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: