Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.


Tədbirdə Akademiyanın rektoru Rövşən İsmayılov və Akademiyanın əməkdaşları iştirak ediblər. Tədbir Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Azturkxeber.az xəbər verir ki, Akademiyanın rektoru Rövşən İsmayılov çıxış edərək 44 günlük Vətən müharibəsində əldə olunan tarixi qələbənin əhəmiyyətindən, Azərbaycan xalqının milli birliyindən və ordumuzun qəhrəmanlığından bəhs edib. O, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dövlətçilik siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, bu siyasətin ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin bərpasında mühüm rol oynadığını vurğulayıb.
Tədbirin sonunda Zəfər Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: