azturkxeber.az
http://azturkxeber.az

Bakıda hərbi-mülki əməkdaşlıq (CIMIC) təlimi keçirilib

06-11-2026

Azərbaycan və İtaliya Müdafiə nazirlikləri arasında imzalanan ikitərəfli hərbi əməkdaşlıq planına əsasən, iki ölkənin hərbi-mülki əməkdaşlıq (CIMIC) üzrə hərbi ekspertlərinin, eləcə də Müdafiə Nazirliyinin baş idarə, idarə və qoşun növlərinin hərbi qulluqçularının iştirakı ilə təlim keçirilib.

Bu barədə Azturkxeber.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Şəxsi Heyət Baş İdarəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsində təşkil olunan təlim çərçivəsində iştirakçılara hərbi əməliyyatların planlaşdırılması və icrası prosesində hərbi-mülki əməkdaşlığın (CIMIC) rolu və əhəmiyyəti, mülki əhali və müvafiq qurumlarla qarşılıqlı fəaliyyətin təşkili, eləcə də mülki infrastrukturla bağlı məsələlər barədə ətraflı məlumat verilib.

Təlim zamanı italiyalı hərbi ekspertlər tərəfindən hərbi-mülki əməkdaşlığın əsas prinsipləri, tətbiq mexanizmləri və beynəlxalq təcrübəyə dair geniş təqdimat keçirilib, təlim qrupları tərəfindən praktiki tapşırıqlar icra edilib. Həmçinin Azərbaycan və İtaliya tərəfləri arasında bu sahədə qabaqcıl təcrübənin öyrənilməsi və qarşılıqlı mübadiləsi, əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub. İştirakçıların sualları ekspertlər tərəfindən cavablandırılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    November 2026    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30