azturkxeber.az
http://azturkxeber.az

Növbəti köç karvanları Ağdərə rayonunun Çıldıran, Aşağı Oratağ, Heyvalı və Çapar kəndlərinə çatıb

09-01-2026

Yanvarın 9-da doğma yurduna yola salınan köç karvanları Ağdərə rayonunun Çıldıran, Aşağı Oratağ, Heyvalı və Çapar kəndlərinə çatıb. Bu mərhələdə köçürülən Ağdərə rayonunun Çıldıran kəndinə 48 nəfərdən ibarət 13 ailəyə, Aşağı Oratağ kəndinə 119 nəfərdən ibarət 31 ailəyə, Heyvalı kəndinə 74 nəfərdən ibarət 19 ailəyə, Çapar kəndinə isə 96 nəfərdən ibarət 26 ailəyə mənzillərin açarları təqdim edilib. Mərasimdə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    January 2026    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031