azturkxeber.az
http://azturkxeber.az

Növbəti köç karvanları Ağdərə rayonunun Çıldıran, Aşağı Oratağ, Heyvalı və Çapar kəndlərinə çatıb

23-02-2026

Fevralın 23-də doğma yurduna yola salınan köç karvanları Ağdərə rayonunun Çıldıran, Aşağı Oratağ, Heyvalı və Çapar kəndlərinə çatıb.

Azturkxeber.az-a verilən məlumata görə, bu mərhələdə köçürülən Ağdərə rayonunun Çıldıran kəndinə 46 nəfərdən ibarət 10 ailəyə, Aşağı Oratağ kəndinə 141 nəfərdən ibarət 29 ailəyə, Heyvalı kəndinə 84 nəfərdən ibarət 17 ailəyə, Çapar kəndinə isə 22 nəfərdən ibarət 7 ailəyə mənzillərin açarları təqdim edilib.

Mərasimdə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    February 2026    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
232425262728