Dekabrın 11-də doğma yurduna yola salınan köç karvanları Xocalı rayonunun Şuşakənd, Ballıca və Badara kəndlərinə çatıb. Bu mərhələdə köçürülən - Şuşakənd kəndinə 51 nəfərdən ibarət 14 ailəyə, Ballıca kəndinə 38 nəfərdən ibarət 9 ailəyə və Badara kəndinə 18 nəfərdən ibarət 6 ailəyə mənzillərin açarları təqdim edilib. Mərasimdə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri iştirak ediblər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.