azturkxeber.az
http://azturkxeber.az

Səlahiyyətli nümayəndə tərəfindən növbəti vətəndaş qəbulu keçirilib

11-04-2026

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov tərəfindən növbəti vətəndaş qəbulu keçirilib.

Azturkxeber.az-a verilən məlumata görə, qəbul zamanı vətəndaşların, o cümlədən şəhid ailələrinin üzvlərinin və müharibə iştirakçılarının müraciətləri dinlənilib.

Vətəndaşlar əsasən sosial təminat, məşğulluq, əlilliyin təyinatı, kommunal xidmətlər, eləcə də digər sosial məsələlərlə bağlı müraciətlər ediblər.

Səlahiyyətli nümayəndə hər bir müraciətə həssaslıqla yanaşıldığını vurğulayaraq qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun şəkildə araşdırılacağını və onların həlli istiqamətində zəruri tədbirlərin görüləcəyini bildirib.

Vurğulanıb ki, vətəndaş müraciətlərinin dinlənilməsi, onların sosial problemlərinin operativ həlli, eləcə də şəhid ailələri və müharibə iştirakçılarına xüsusi diqqət göstərilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Bu istiqamətdə vətəndaş qəbulları mütəmadi olaraq davam etdirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
27282930