azturkxeber.az
http://azturkxeber.az

FHN-in Cənub Regional Mərkəzi təlim keçirib

24-01-2026

Fövqəladə Hallar Nazirliyinin (FHN) Cənub Regional Mərkəzi tərəfindən Lənkəran rayon M.Həsənov adına Şiləvar kənd tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda təlim keçirilib.

Nazirliyin mətbuat xidmətindən Azturkxeber.az-a verilən məlumata görə, təlimdə FHN-in cənub bölgəsində fəaliyyət göstərən yerli qurumlarının müvafiq qüvvələri, eləcə də məktəbin müəllim və şagird kollektivi iştirak edib.

Əvvəlcə, nəzəri hissə çərçivəsində təbii və texnogen xarakterli fövqəladə hadisələr, o cümlədən zəlzələ və yanğınlar zamanı düzgün davranış, ilkin yanğınsöndürmə avadanlıqları və fərdi mühafizə vasitələrindən istifadə qaydaları, dəm qazı təhlükəsinin qarşısının alınması yolları, su hövzələrində təhlükəsizlik normaları, eyni zamanda, “112” qaynar xətti barədə tədbir iştirakçılarına geniş məlumat verilib.

Daha sonra praktiki hissə çərçivəsində FHN-in “112” qaynar telefon xəttinə daxil olan şərti yanğın barədə məlumat əsasında “hadisə yerinə” operativ çatan yanğın-xilasetmə qüvvələri “zərərçəkmişləri təhlükəli ərazidən” təxliyə edərək onlara təxirəsalınmaz ilkin yardımın göstərilməsi, “yanğın” yerində çevik kəşfiyyatın aparılması və “yanğının söndürülməsi” əməliyyatlarını uğurla yerinə yetiriblər.

Təlim zamanı qarşıya qoyulan məqsədlərə nail olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    January 2026    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031