azturkxeber.az
http://azturkxeber.az

Qazaxıstan nümayəndə heyəti “ASAN xidmət”də

07-04-2026

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Qazaxıstanın müxtəlif vilayətlərini təmsil edən nümayəndələrə Prezident İlham Əliyevin təşəbbüsü əsasında yaradılmış “ASAN xidmət” və dövlət xidmətlərində sosial innovasiyaların tətbiqi istiqamətində həyata keçirilən layihələr barədə ətraflı təqdimat edilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, təqdimat zamanı Dövlət Agentliyinin 2015-ci ildə BMT-nin Dövlət Xidmətləri Mükafatına, 2019-cu ildə BMT-nin rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişafı sahəsində xüsusi mükafatına və 2023-cü ildə “Qlobal Hökumət Mükəmməlliyi Mükafatı” proqramı çərçivəsində “Dünyanın ən qabaqcıl dövlət xidməti” nominasiyası üzrə xüsusi mükafata layiq görülməsi, o cümlədən “ASAN xidmət” modelinin müxtəlif ölkələrdə uğurla tətbiq olunduğu diqqətə çatdırılıb.

Akademiyanın dəvəti əsasında ölkəmizə səfər edən qonaqlar “ASAN xidmət” mərkəzinin, “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin, "ASAN AI Hub"ın və “ABAD” publik şəxsin fəaliyyəti ilə də tanış olublar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
27282930