azturkxeber.az
http://azturkxeber.az

"Azəriqaz" İB-nin baş direktoru Laçın rayonunda vətəndaş qəbulu keçirib

10-04-2026

SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Azər Məmmədovun vətəndaşlarla növbəti görüşü Laçın rayonunda baş tutub. Birlik rəhbəri Laçınla yanaşı, digər ətraf rayonlardan da qəbula üz tutan 33 nəfər vətəndaşın qaz təchizatı ilə bağlı problem və təkliflərini dinləyib. Sakinlər işə qəbul, debitor borcun ödənilməsində köməkliyin göstərilməsi və təbii qaza tətbiq edilən limitlərlə bağlı müraciətlər ünvanlayıblar. Baş direktor hər bir müraciətin həlli yolu barədə vətəndaşlara ətraflı izahat verib. Bir sıra məsələlərin yerində baxılması və araşdırılması üçün Qarabağ Regional Qaz İstismarı İdarəsinin rəhbərliyinə müvafiq tapşırıqlar verilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
27282930