azturkxeber.az
http://azturkxeber.az

"Azəriqaz" İB-nin baş direktoru Sabirabad rayonunda vətəndaş qəbulu keçirib

23-10-2025

SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Azər Məmmədovun oktyabr ayında vətəndaşlarla növbəti görüşü Sabirabad rayonunda baş tutub. Birlik rəhbəri Sabirabadla yanaşı, Saatlı və İmişli, həmçinin respublikanın digər rayonlarından qəbula üz tutan təxminən 70 nəfər vətəndaşın qaz təchizatı ilə bağlı problem və təkliflərini dinləyib.

Sakinlər əsasən fərdi qazlaşma, işə qəbul, kəndlərə küçə qaz xətlərinin çəkilməsi və istehlak olunan təbii qaza görə yaranan debitor borcun araşdırılması ilə bağlı müraciətlər ünvanlayıblar. Baş direktor hər bir müraciətin həlli yolu barədə vətəndaşlara ətraflı izahat verib. Bir sıra məsələlərin yerində baxılması və araşdırılması üçün Salyan Regional Qaz İstismarı İdarəsinin rəhbərliyinə müvafiq tapşırıq verilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2025    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031