azturkxeber.az
http://azturkxeber.az

"Azəriqaz" İB-nin baş direktoru Lənkəranda vətəndaş qəbulu keçirib

06-03-2026

​SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Azər Məmmədovun vətəndaşlarla növbəti görüşü Lənkəran rayonunda baş tutub. Birlik rəhbəri Lənkəran, Masallı, Lerik, Astara və Biləsuvar rayonlarından qəbula gələn 34 vətəndaşın qaz təchizatı ilə bağlı problem və təkliflərini dinləyib.

Bu barədə Azturkxeber.az-a "Azəriqaz" İB-dən məlumat verilib.

Məlumata görə, sakinlər əsasən fərdi qazlaşma, işə qəbul, kənd və yeni yaşayış massivlərinə küçə qaz xətlərinin çəkilməsi, qapı keçidinin quraşdırılması, məscidlərin qazlaşdırılması, habelə qaz xətlərinin yerinin dəyişdirilməsi ilə bağlı müraciətlər ünvanlayıblar. Baş direktor hər bir müraciətin həlli yolu barədə vətəndaşlara ətraflı izahat verib. Bir sıra məsələlərin yerində araşdırılması üçün Lənkəran Regional Qaz İstismarı İdarəsinin rəhbərliyinə müvafiq tapşırıqlar verilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2026    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031