azturkxeber.az
http://azturkxeber.az

"Azəriqaz" İB-nin baş direktoru Kürdəmir rayonunda vətəndaş qəbulu keçirib

14-06-2025

SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Azər Məmmədovun vətəndaşlarla növbəti görüşü Kürdəmir rayonunda baş tutub. Birlik rəhbəri Ucar, Kürdəmir, Tovuz, Zərdab, Şəmkir, Qəbələ və Ağsu rayonlarından qəbula üz tutan 30-dək vətəndaşın qaz təchizatı ilə bağlı problem və təkliflərini dinləyib. 

Sakinlər əsasən fərdi qazlaşma, işə qəbul, obyektin qazlaşdırılması, iş yerinin dəyişdirilməsi və istehlak olunan təbii qaza görə yaranan debitor borcun araşdırılması ilə bağlı müraciətlər ünvanlayıblar. Baş direktor hər bir müraciətin həlli yolu barədə vətəndaşlara ətraflı izahat verib. Bir sıra məsələlərin yerində baxılması və araşdırılması üçün Ağsu Regional qaz istismarı İdarəsinin rəhbərliyinə müvafiq tapşırıq verilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    June 2025    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30