azturkxeber.az
http://azturkxeber.az

“Könüllü DOST” proqramına 600-dən çox şəxs cəlb olunub

25-06-2025

“Könüllü DOST” proqramına 600-dən çox şəxs cəlb olunub

“Könüllü DOST” proqramına bu ilin yanvar-may ayları ərzində 15 min müraciət olub, 604 şəxs proqrama cəlb edilib.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, Azərbaycanda könüllülük hərəkatının genişlənməsində mühüm rola malik olan bu proqramın “Gənc DOST”, “Gümüşü DOST” (yaşlılar üçün), “Distant DOST”, “Korporativ DOST”, “İnklüziv DOST” kimi altproqramları fəaliyyət göstərir.

Könüllülər DOST mərkəzlərində vətəndaşların qarşılanması, xidmət pəncərələrinə yönləndirilməsi, vətəndaş axınının, növbələrin idarəedilməsi, vətəndaşların məlumatlandırılması, e-sistemlərdən istifadə və s. üzrə kömək göstərirlər.

Onlar dövlət sosial xidmətlərinin “bir pəncərə”dən vətəndaş məmnunluğu prinsipi ilə təqdim edilməsi işlərinə öz töhfələrini verirlər.

Proqram iştirakçıların vətəndaşlara xidmət sahəsində təcrübə və işgüzar vərdişlər əldə etmələrinə, fərdi inkişaf və karyera yolunda ilk uğurlu addımlarına dəstək olur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    June 2025    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30