azturkxeber.az
http://azturkxeber.az

Şəki və Mingəçevirdə “Uşaq Hüquqları Aylığı” çərçivəsində maarifləndirici tədbirlər keçirilib

14-11-2026

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) təşəbbüsü ilə elan edilmiş “Uşaq Hüquqları Aylığı” çərçivəsində Şimal-Qərb Regional Mərkəzi tərəfindən bir sıra təhsil və sosial xidmət müəssisələrində maarifləndirici tədbirlər təşkil olunub.

Azturkxeber.az xəbər verir ki, tədbirlər Şəki Dövlət Regional Kollecində, Şəki və Mingəçevir şəhər inteqrasiya təlimli internat tipli gimnaziyalarda, 6 saylı Uşaq evi sosial xidmət müəssisəsində, eləcə də Şəki şəhər 10 və 11 saylı tam orta məktəblərdə keçirilib.

Müəllim və şagirdlərin iştirak etdiyi görüşlər “Mənim hüquqlarım və vəzifələrim” və “Təhlükəsiz internet və rəqəmsal hüquqlar” mövzularına həsr olunub.

Tədbirlərin əsas məqsədi uşaqların hüquqları barədə məlumatlılığının artırılması, onların hüquq və vəzifələrinin izah edilməsi, həmçinin rəqəmsal mühitdə təhlükəsiz davranış qaydalarının təşviqidir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    November 2026    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30