Fərid Qayıbov beynəlxalq tədbirlərdə iştirak etmiş gənclərlə görüşüb



Noyabrın 11-də gənclər və idman naziri Fərid Qayıbov nazirliyin dəstəyi ilə ötən ay ərzində beynəlxalq tədbirlərdə iştirak etmiş gənclərlə görüşüb.
Azturkxeber.az-ın məlumatına görə, görüş zamanı nazir gəncləri əldə etdikləri uğurlar münasibətilə təbrik edib, onların iştirak etdikləri beynəlxalq tədbirlər, qazandıqları təcrübə və əldə etdikləri nailiyyətlər barədə fikir mübadiləsi aparıb.
Tacikistan, Serbiya, Özbəkistan, Rumıniya və Sinqapurda keçirilən beynəlxalq əhəmiyyətli tədbir və yarışlarda iştirak etmiş gənclər öz təəssüratlarını bölüşərək nailiyyətləri, iştirak etdikləri tədbirlər və qazandıqları təcrübə barədə ətraflı məlumat veriblər.
Görüşdə gənclərin fikir və təkliflərini dinləyən nazir Fərid Qayıbov onlara gələcək fəaliyyətlərində davamlı uğurlar arzulayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: