azturkxeber.az
http://azturkxeber.az

Ombudsmanın Naxçıvan Regional Mərkəzi tərəfindən uşaq hüquqlarının müdafiəsi ilə bağlı silsilə maarifləndirmə tədbirləri keçirilib

13-11-2026



Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) təşəbbüsü ilə elan edilmiş “Uşaq Hüquqları Aylığı” çərçivəsində Ombudsmanın Naxçıvan Regional Mərkəzi tərəfindən M.Füzuli adına Ordubad şəhər tam orta internat məktəbində, Naxçıvan şəhəri Heydər Əliyev adına tam orta məktəbində, Babək şəhər 1 nömrəli tam orta məktəbində, Qıvraq qəsəbə tam orta məktəbində, Şahbuz şəhər 1 nömrəli tam orta məktəbində, Naxçıvan Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Naxçıvan Dövlət Texniki Kollecində və Penitensiar Xidmətin Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsində uşaq hüquqlarının müdafiəsi ilə bağlı silsilə maarifləndirmə tədbirləri keçirilib.

Azturkxeber.az xəbər verir ki, “Uşaq hüquqlarının müdafiəsi hər birimizin məsuliyyətidir”, “Uşaq hüquqlarının müdafiəsində ailənin, məktəbin və dövlət qurumlarının birgə məsuliyyəti” və “Hüquqlarımızı tanıyaq və qoruyaq” mövzularında təşkil olunmuş tədbirlərdə təhsil müəssisələrinin və dövlət qurumlarının hüquq və öhdəlikləri, uşaq hüquqlarının qorunması istiqamətində qarşılıqlı əməkdaşlığın vacibliyi, uşaqların sağlam və təhlükəsiz mühitdə böyüməsi, təhsil alması və hərtərəfli inkişafı istiqamətində cəmiyyətin üzərinə düşən vəzifələr barədə məlumat verilib.

Tədbirlərdə, həmçinin iştirakçılar Ombudsmanın uşaq hüquqlarının müdafiəsi istiqamətində həyata keçirdiyi fəaliyyəti, Müvəkkilə müraciət üsulları, o cümlədən “916” Çağrı Mərkəzi barədə də məlumatlandırılıb, onları maraqlandıran suallar ətraflı cavablandırılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    November 2026    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30