AİPA-nın Baş Assambleyasında

Milli Məclisin deputatı, Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının Parlamentlərarası Assambleyasında (AİPA) nümayəndə heyətinin rəhbəri Zaur Şükürov noyabrın 16-da Filippin Respublikasının Manila şəhərinə səfər edəcək.
Azturkxeber.az xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Məlumata görə, səfər çərçivəsində millət vəkili AİPA-nın 47-ci Baş Assambleyasında iştirak edəcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: