Deputatlar Moskvaya səfər edəcəklər

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova və deputat Nizami Səfərov noyabrın 14-də Rusiya Federasiyasının Moskva şəhərinə səfər edəcəklər.
Səfər çərçivəsində deputatlar dünyanın müxtəlif ölkələrindən 60-dan çox siyasi partiyanın nümayəndələrinin qatılacağı “Millətlərin azadlığı uğrunda!” Hərəkatın Baş Assambleyasında iştirak edəcəklər.
Bu barədə Azturkxeber.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Deputatlar tədbirdə müzakirə olunacaq məsələlər barədə çıxış edəcək, müasir neokolonializmə qarşı mübarizə barədə fikirlərini açıqlayacaqlar.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: