Avtomobilin dövlət qeydiyyat nişanını oğurlayan şəxslər saxlanılıblar

Binəqədi rayonu ərazisində “Hyundai” markalı avtomobilin dövlət qeydiyyat nişanının oğurlanması və geri qaytarılması müqabilində sahibindən 2000 manat tələb edilməsi barədə polisə müraciət daxil olub.
Bu barədə Azturkxeber.az-a DİN-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, polisin keçirdiyi tədbirlərlə əməli törədən 39 yaşlı T.Sultanov və 34 yaşlı R.Məmmədov müəyyən edilərək saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: