azturkxeber.az
http://azturkxeber.az

Nazir Vilayət Eyvazov Gəncə şəhərində növbəti vətəndaş qəbulu və sıra baxışı keçirdi

12-11-2026

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq daxili işlər naziri Vilayət Eyvazov noyabrın 11-də və 12-də Gəncə Şəhər Baş Polis İdarəsində növbəti vətəndaş qəbulu keçirib.

Azturkxeber.az xəbər verir ki, nazir əvvəlcə Gəncə şəhərində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək əziz xatirəsini dərin hörmət və ehtiramla yad edib.

Sonra Baş Polis İdarəsinin inzibati binasında Gəncə, Naftalan, Samux, Göygöl, Goranboy, Daşkəsən, Kəlbəcər şəhər və rayonlarından, eləcə də digər bölgələrdən qəbula gələn 379 vətəndaşın müxtəlif məsələlərlə bağlı müraciətləri dinlənilib.

Vətəndaşların müraciətlərinin operativ və qanunvericiliyin tələblərinə uyğun həlli, habelə vətəndaş məmnunluğunun təmin olunması məqsədilə Nazirliyin aidiyyəti baş idarə və idarə rəislərinə müvafiq tapşırıqlar verilib.

Müraciətlərin böyük əksəriyyəti yerindəcə həll olunub, digərləri nəzarətə götürülüb.

Səfər çərçivəsində nazir V.Eyvazov polis və daxili qoşunlarda xidmət etmək arzusunda olan gənclərin sıra baxışını da keçirib. Sıra baxışında xidmətə qəbulun şərtlərinə uyğun gələn 461 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb.

youtube linki -https://www.youtube.com/watch?v=BxwAEINl_4I






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    November 2026    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30