azturkxeber.az
http://azturkxeber.az

Konstitusiyamız - müstəqil Azərbaycanın dövlətçilik qüruru və suverenliyimizin sarsılmaz təminatı

12-11-2026

12 Noyabr - Konstitusiya Günü müstəqil dövlətçiliyimizin tarixində mühüm əhəmiyyət daşıyır. 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi ilə qəbul edilmiş ilk milli Konstitusiyamız Azərbaycanın suverenliyinin, dövlət müstəqilliyinin və hüquqi dövlət quruculuğunun möhkəm təməlini qoymuşdur.

Ümummilli Lider Heydər Əliyevin dövlətçilik irsinin parlaq təzahürü olan Əsas Qanunumuz xalqımızın milli iradəsini, hüquqi dəyərlərini və demokratik inkişaf hədəflərini özündə birləşdirir.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış tarixi Zəfər və dövlət suverenliyimizin ölkəmizin bütün ərazisində tam bərpası Konstitusiyamızda təsbit olunmuş müstəqillik və ərazi bütövlüyü prinsiplərinin təntənəsidir.

Bu gün Konstitusiyamız güclü dövlətimizin, milli birliyimizin, insan hüquq və azadlıqlarının, suverenliyimizin etibarlı təminatıdır. Onun prinsiplərinə sədaqət hər birimizin vətəndaşlıq məsuliyyətidir.

12 Noyabr – Konstitusiya Günümüz mübarək!

Siyavuş Novruzov,

Milli Məclisin Regional məsələlər komitəsinin sədri






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    November 2026    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30