Azərbaycan güləşçiləri Qazaxıstandakı beynəlxalq turnirdə iki medal qazanıblar



Qazaxıstanın Çimkənd şəhərində əməkdar məşqçi, akademik Mərdan Saparbayevin xatirəsinə həsr olunmuş yunan-Roma güləşi üzrə beynəlxalq turnir keçirilib.
Azturkxeber.az-ın məlumatına görə, ənənəvi yarışda U20 milli komandanın məşqçisi Akif Əliyevin rəhbərliyi altında iştirak edən iki Azərbaycan güləşçisi fəxri kürsüyə yüksəlib.
77 kq çəki dərəcəsində Azərbaycan finalı baş tutub. Həlledici görüşdə Davud Məmmədov qardaşı Cavad Məmmədova 3:1 hesabı ilə qalib gələrək turnirin çempionu olub. Cavad Məmmədov isə gümüş medala sahib çıxıb.
Beləliklə, Azərbaycan güləşçiləri beynəlxalq turniri iki medalla başa vurublar.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: