30 il Qarabağ həsrətini 44 günə bitirən Ali Baş Komandan


30 ilə yaxın davam edən Qarabağ həsrətini 44 günə sonlandıran, xalqına qələbə sevinci yaşadan Ali Baş Komandan — İlham Əliyev.
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycan tarixinin ən şanlı səhifələrindən birinə çevrildi. 44 gün ərzində Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etmək uğrunda böyük qəhrəmanlıq göstərdi. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə xalqımız birlik, iradə və milli ruh nümayiş etdirdi.
30 ilə yaxın Qarabağ həsrəti ilə yaşayan milyonlarla insanın gözündə bir ümid vardı: torpaqlarımıza qayıtmaq, bayrağımızı doğma yurdlarımızda dalğalandırmaq. Bu arzu 44 günlük Vətən müharibəsində gerçəkləşdi. Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Hadrut və Şuşanın azad edilməsi Azərbaycan xalqının qürurunu, milli kimliyini və sarsılmaz iradəsini bütün dünyaya nümayiş etdirdi.
Bu Zəfər yalnız hərbi uğur deyil, həm də milli birliyin, şəhidlərimizin müqəddəs qanının, qazilərimizin fədakarlığının və xalqımızın əzminin təntənəsi idi.
30 ilin həsrəti, 44 günün mübarizəsi, bir millətin Zəfəri!
Bu gün Qarabağda dalğalanan üçrəngli bayrağımız hər bir azərbaycanlının qürur mənbəyidir. Bu qələbə tariximizin yaddaşına əbədi həkk olunub.
Qarabağ Azərbaycandır! Zəfər bizimdir!
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Azturkxeber.az İnformasiya Agentliyin rəhmət Sahilə Bayramlı
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: