Mehriban Əliyeva Zəfər Günü münasibətilə paylaşım edib
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Zəfər Günü münasibətilə rəsmi “Facebook” səhifəsində paylaşım edib.
Paylaşımda deyilir:
Bu gün biz böyük qürurla Zəfər Gününü qeyd edirik! Biz Prezidentimizə, cəsarətli əsgərlərimizə, zabitlərimizə və veteranlarımıza hədsiz dərəcədə minnətdarıq!
Qəhrəmanlığınıza, şücaətinizə, cəsarətinizə, dözümlülüyünüzə və bu gün bayramı müzəffər xalq kimi qeyd etməyimizə görə sizə çox sağ olun deyirik!
Vətən uğrunda həlak olmuş qəhrəman oğullarımızın nurlu xatirəsini ehtiramla yad edir, onların doğmalarına və yaxınlarına səbir arzulayıram.
Qoy Azərbaycanda həmişə sülh və əmin-amanlıq hökm sürsün! 🇦🇿🇦🇿🇦🇿
Dərin hörmət və sevgilərlə, Sizin Mehriban.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
