azturkxeber.az
http://azturkxeber.az

“Sərhədçi” Peşəkar Çövkən Liqasının qalibi oldu

07-11-2026

Sərhədçilər bu tur “Zəfər”i 1-0 hesabı ilə məğlub etməklə son oyunun nəticəsindən asılı olmayaraq ölkə çempionu adını qazanıblar.

Azturkxeber.az xəbər verir ki, turun mərkəzi qarşılaşmasında “Elite” “Polad”a 2-3 hesabı ilə məğlub olaraq çempionluq şansını itirib. Turun “Şamaxı” - “Atilla” oyununda şirvanlılar çempionatda ən böyükhesablı qələbələrini qazanıblar, 8-0. “Xəzər” – “Omar” qarşılaşmasında qalib müəyyənləşməyib, 2-2. “Buta Golden”in çempionatdan çıxmasına görə texniki 3 xal bu dəfə”Embawood”un aktivinə yazılıb.

Çempionatın son turunda “Sərhədçi” ilə “Elite” arasında prinsipial qarşılaşma olacaq. “Elite”in büdrəyəcəyi, digər oyunda “Polad”ın “Şamaxı”nı məğlub edəcəyi halda gümüş medallar “Polad”a qismət olacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    November 2026    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30