azturkxeber.az
http://azturkxeber.az

RİNN-də Zəfər Günü qeyd olunub, könüllü qanvermə aksiyası təşkil edilib

07-11-2026

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində (RİNN) 8 Noyabr – Zəfər Gününə həsr edilən tədbir keçirilib.

Bu barədə Azturkxeber.az-a nazirlikdən bildirilib.

Əvvəlcə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsi birdəqiqəlik sükutla yad olunub. Sonra nazirlik və tabeli qurumların müharibədə iştirak etmiş əməkdaşlarının döyüş yolundan bəhs edən videoçarx nümayiş olunub.

Tədbirdə Azərbaycan Ordusunun qazandığı tarixi Qələbədən bəhs olunub.

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Cavid Qurbanov çıxışında bildirib ki, 44 gün davam edən Vətən müharibəsi Azərbaycanın müasir tarixində yeni mərhələnin başlanğıcı oldu. Xalqın milli birliyini, dövlətin qətiyyətini və Ordunun gücünü dünyaya bir daha nümayiş etdirdi. Uzun illər ərzində torpaqlarımızın azadlığı naminə göstərilən diplomatik və hərbi səylər 2020-ci ilin noyabrında tarixi qələbə ilə nəticələndi. 2023-cü il sentyabrın 19–20-də keçirilən antiterror tədbirləri ilə ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa olundu. Nazir müavini vurğulayıb ki, zəfərlə başa çatan müharibədən sonra qarşıda duran əsas vəzifələrdən biri işğaldan azad edilmiş ərazilərin yenidən qurulmasıdır. Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı quruculuq həyata keçirilir, müasir infrastruktur yaradılır. Aparılan bərpa və yenidənqurma işləri bu torpaqlara qayıdışın təmin olunmasına, bölgənin inkişafına xidmət edir.

Zəfər Günü münasibətilə nazirliyin təşəbbüsü, Respublika Qan Bankının təşkilati dəstəyi ilə könüllü qanvermə aksiyası da keçirilib. Aksiyada nazirliyin və tabeli qurumların əməkdaşları iştirak ediblər. Donor olmaq istəyən şəxslər tibbi müayinədən keçirilib, sağlamlıq vəziyyəti uyğun olanlardan qan götürülüb. Təşəbbüsün məqsədi ölkənin qan ehtiyatlarının artırılmasına töhfə vermək və qanköçürməyə ehtiyacı olan şəxslərə dəstək göstərmək olub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    November 2026    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30