azturkxeber.az
http://azturkxeber.az

6 ildir Zəfərin Qüruru ilə yaşayırıq -VİDEO

07-11-2026

6 il əvvəl işğaldan azad olunmuş torpaqlarda tarixin ən şərəfli səhifəsi yazıldı. 44 günlük Zəfər yürüşündə bir liderin qətiyyəti, bir xalqın arzusu və bir ordunun gücü birləşərək 8 Noyabrda Şuşa zirvəsinə yüksəldi.

Bu gün azad Qarabağda canlanan həyat var, Böyük Qayıdış var, sülh və əmin-amanlıq dolu gələcək var.

Polis və Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçuları işğaldan azad olunmuş torpaqlarda asayişi və ictimai təhlükəsizliyi göz bəbəyi kimi qorumaq üçün fasiləsiz xidmət aparırlar.

Bu əlamətdar gündə xalqımızı səmimi qəlbdən təbrik edir, Vətən uğrunda canından keçən şəhidlərimizi dərin ehtiramla anırıq.

Zəfər Günün mübarək, Azərbaycan!






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    November 2026    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30