azturkxeber.az
http://azturkxeber.az

Zəfər Gününün 6-cı ildönümü münasibətilə silsilə tədbirlər keçirilmişdir

07-11-2026

8 Noyabr – Zəfər Gününün 6-cı ildönümü münasibətilə Dövlət Sərhəd Xidmətinin Aparatında, struktur qurumlarında və hərbi hissələrində silsilə tədbirlər keçirilmişdir.

Bu barədə Azturkxeber.az-a Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.

Tədbirlər çərçivəsində Dövlət Sərhəd Xidmətinin rəhbər heyəti Fəxri xiyabanda müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarlarını ziyarət etmiş, üzərlərinə əklil və gül dəstələri qoyaraq əziz xatirələrini dərin ehtiramla yad etmişdir.

Daha sonra Hərbi Memorial Məzarlıq ziyarət edilmiş, Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin məzarları üzərinə gül dəstələri düzülərək əziz xatirələri ehtiramla anılmışdır.

Zəfər parkında tarixi Qələbəmizin rəmzi olan Zəfər abidəsinin önünə gül dəstələri qoyulmuş, xalqımızın qəhrəmanlıq salnaməsinə çevrilmiş 44 günlük Vətən müharibəsində göstərilən misilsiz şücaət və fədakarlıq dərin minnətdarlıq hissi ilə xatırlanmışdır.

Dövlət Sərhəd Xidmətinin Aparatında, struktur qurumlarında və hərbi hissələrində keçirilən tədbirlərdə Dövlət Himni səsləndirilmiş, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Çıxışlarda Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin qətiyyətli siyasi iradəsi, müdrik rəhbərliyi və sərkərdəlik məharəti, xalqımızın sarsılmaz birliyi, Silahlı Qüvvələrimizin döyüş qüdrəti və qəhrəmanlığı sayəsində 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfərin Azərbaycan dövlətçilik tarixinin ən şanlı səhifələrindən biri olduğu xüsusi vurğulanmışdır.

Tədbirlərin sonunda 44 günlük Vətən müharibəsindən, Azərbaycan hərbçilərinin qəhrəmanlıq və şücaətindən bəhs edən sənədli filmlər nümayiş etdirilmişdir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    November 2026    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30