AzTV-nin 100 illik yubileyinə həsr olunan ensiklopediya təqdim edilib - FOTO








Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin (AzTV) 100 illik yubileyi münasibətilə nəşr olunan Ensiklopediyanın təqdimat mərasimi keçirilib.
Azturkxeber.az xəbər verir ki, tədbirdə AzTV-nin tanınmış və korifey aparıcıları, müxtəlif dövlət qurumlarının nümayəndələri, ictimai-siyasi xadimlər, ziyalılar və media nümayəndələri iştirak ediblər.
Təqdimat mərasimində çıxış edənlər Azərbaycan televiziya və radio yayımının bir əsrlik inkişaf yolundan, milli media tarixində AzTV-nin xüsusi rolundan və bu sahədə xidmətləri olan görkəmli şəxsiyyətlərin fəaliyyətindən bəhs ediblər.
Qeyd olunub ki, yubiley münasibətilə nəşr edilən Ensiklopediya Azərbaycan televiziya və radio tarixinin sistemli şəkildə araşdırılması, zəngin irsin qorunması və gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Nəşrdə televiziya və radio sahəsinin inkişaf mərhələləri, bu sahədə çalışan tanınmış simalar və milli teleradio məkanının formalaşmasına töhfə vermiş şəxsiyyətlər haqqında məlumatların yer alması onun tarixi və mədəni dəyərini daha da artırır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: