Şuşaya köçürülən 637 nəfər məşğulluq tədbirlərinə cəlb edilib
Şuşa şəhərinə köçürülmüş sakinlərdən indiyədək 637 nəfər məşğulluq tədbirlərinə cəlb olunub.
Azturkxeber.az xəbər verir ki, onlardan 625 nəfərin məşğulluğu təmin edilib. Bu çərçivədə 27 nəfər üçün özünüməşğulluq proqramı üzrə kiçik təsərrüfatlar yaradılıb, 12 nəfər isə peşə kurslarına yönləndirilib.
Hazırda daha bir qrup sakinin məşğulluğunun təmin edilməsi istiqamətində dəstək tədbirləri davam etdirilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
