azturkxeber.az
http://azturkxeber.az

İşğaldan Azad Olunmuş Ərazilərdə Məşğulluğun Təminatı: Böyük Qayıdışa Dəstək Proqramları

08-09-2025

İşğaldan azad edilmiş ərazilərə köçürülən sakinlərin məşğulluğunun təmin edilməsi həmin ərazilərdə əhalinin dayanıqlı məskunlaşması və sosial rifahı üçün xüsusi əhəmiyyətə malikdir. Bu baxımdan sakinlər üçün məşğulluq imkanlarının yaradılması görülən işlərin mühüm istiqamətini təşkil edir.

Böyük Qayıdış proqramına uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi işğaldan azad olunmuş ərazilərimizə köçürülən sakinlərin aktiv məşğulluq proqramları ilə əhatə olunması tədbirlərini mütəmadi genişləndirir:

Köçürülən sakinlərdən artıq 5735 şəxsin məşğulluğu təmin edilib ki, bu da onlardan əmək qabiliyyətli olanların 91 faizi deməkdir.

Eyni zamanda sakinlər üçün peşə hazırlığı kurslarının təşkili işləri də aparılır. Artıq 270 sakin işəgötürənlərlə birgə təşkil olunan peşə hazırlığı kurslarına cəlb edilib.

Doğma yurdlarına qayıdan vətəndaşlardan 444 sakin isə özünüməşğulluq proqramına cəlb edilərək bu proqram çərçivəsində öz kiçik təsərrüfatlarını yaradıb.

Sakinlərdən daha 572 şəxsin məşğulluğunun təminatı üçün işlər aparılır.

Sakinlər köçürülməzdən əvvəl Dövlət Məşğulluq Agentliyi tərəfindən onlarla məşğulluq imkanlarının qiymətləndirilməsi üçün görüşlər keçirilir. Bu görüşlər zamanı onların bir qisminin məşğulluq imkanlarının artırılması üçün peşə kurslarına cəlb edilmələri məqsədəuyğun hesab edilərək bu yöndə müvafiq işlər aparılır.

Kənd təsərrüfatı, tikinti, sənaye, xidmət sahələrinə aid peşələr üzrə təşkil olunan peşə kurslarını bitirənlərin bu kurslarda yiyələndikləri peşələr üzrə məşğulluğunun təminatına da dəstək göstərilir.

Qarabağ və Şərqi Zəngəzurda məşğulluğun təminatında sakinlərə işəgötürənlərlə birbaşa ünsiyyət imkanı yaradan əmək yarmarkaları da əhəmiyyətli rola malikdir.

Ötən dövrdə Dövlət Məşğulluq Agentlik tərəfindən həmin ərazilərdə 22 əmək yarmarkası, 1 peşə yarmarkası keçirilib.

Doğma yurd yerlərinə qayıdan sakinlərin dayanıqlı məşğulluğunun təmin olunmasına xidmət edən bu proqramların icrası işəgötürənlərlə sıx əməkdaşlıq şəraitində həyata keçirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930