azturkxeber.az
http://azturkxeber.az

“Azərpoçt” Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədar xüsusi iş rejimində fəaliyyət göstərəcək

07-11-2026

8 Noyabr – Zəfər Günü və 9 Noyabr – Dövlət Bayrağı Günü ilə əlaqədar “Azərpoçt” MMC əhalinin poçt və maliyyə xidmətlərindən fasiləsiz və rahat istifadəsini təmin etmək məqsədilə bir sıra poçt şöbələrində xüsusi iş rejimi tətbiq edəcək.

Azturkxeber.az xəbər verir ki, 8 noyabr tarixində Bakı şəhərində AZ1005 indeksli poçt şöbəsində saat 09:00-dan 00:00-dək növbəli iş rejimində maliyyə xidmətləri göstəriləcək.

9 və 10 noyabr tarixlərində Bakı şəhərində bir sıra poçt şöbələri saat 10:00-dan 14:00-dək fəaliyyət göstərəcək. Xidmət göstəriləcək şöbələr aşağıdakılardır:

  • 1 saylı PF: AZ1000
  • 2 saylı PF: AZ1063, AZ1124, AZ1138, AZ1144
  • 3 saylı PF: AZ1002, AZ1040
  • 4 saylı PF: AZ1044

İstehsalat zərurəti yarandığı təqdirdə AZ1066 və AZ1152 indeksli poçt şöbələrinin də fəaliyyəti təmin ediləcək.

Bununla yanaşı, qeyd olunan tarixlərdə regional poçt filiallarında da müəyyən edilmiş qrafikə uyğun olaraq saat 10:00-dan 14:00-dək xidmət göstəriləcək. Sumqayıt və Gəncə regional poçt filiallarında poçt-maliyyə xidmətləri, digər regional poçt filiallarında isə poçt xidmətləri təqdim olunacaq.

PUDO xidmətindən yararlanmaq istəyən vətəndaşlar 9 və 10 noyabr tarixlərində saat 10:00-dan 14:00-dək aşağıdakı poçt şöbələrinə müraciət edə bilərlər:

  • 2 saylı PF: AZ1053, AZ1017
  • 3 saylı PF: AZ1047, AZ1104, AZ1133, AZ1123
  • 4 saylı PF: AZ1039, AZ1089

“Azərpoçt” MMC bayram günlərində də əhalinin poçt və maliyyə xidmətlərinə əlçatanlığını təmin etmək məqsədilə fəaliyyətini müəyyən edilmiş qrafik əsasında davam etdirəcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    November 2026    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30