azturkxeber.az
http://azturkxeber.az

Azərpoçtda Zəfər və Bayraq günlərinə həsr olunmuş tədbir keçirilib - Şəhid övladları markanı möhürlədilər

07-11-2026



AZCON Holding şirkətlərindən olan “Azərpoçt” MMC-də 8 Noyabr - Zəfər Günü və 9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə şəhid ailələrinin və şəhid övladlarının iştirakı ilə tədbir keçirilib.

Azturkxeber.az xəbər verir ki, tədbirin əsas məqsədi Azərbaycanın tarixi Zəfərinin əhəmiyyətini vurğulamaq, milli birlik və vətənpərvərlik dəyərlərini təbliğ etmək, şəhidlərimizin əziz xatirəsini yad etmək və onların ailələrinə ehtiramı ifadə etməkdir.

Tədbir Vətənimizin azadlığı, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

“Azərpoçt” MMC-nin İdarə heyətinin sədri vəzifəsini icra edən Manaf Babayev tarixi Zəfərimizin xalqımızın birliyi, ordumuzun gücü və şəhidlərimizin fədakarlığı sayəsində qazanıldığını vurğulayıb. O, şəhid ailələrinin və övladlarının hər zaman diqqət və qayğı ilə əhatə olunmasının mənəvi borc olduğunu, “Azərpoçt”un da bu istiqamətdə müxtəlif təşəbbüslər həyata keçirdiyini bildirib.

Həmçinin “Zəfər Şəhid Ailələrinə Dəstək” İctimai Birliyinin sədri Sevinc Orucova, Dövlət Bayrağı Meydanının rəhbəri Könül İmanverdiyeva və “Azərpoçt”un Marka şöbəsinin müdiri Sitarə Hüseynova çıxış edərək əlamətdar günlərin tarixi və mənəvi əhəmiyyətindən bəhs ediblər.

Tədbir çərçivəsində Dövlət Bayrağına həsr olunmuş videoçarx nümayiş etdirilib.

Daha sonra şəhid övladlarının iştirakı ilə Dövlət Bayrağı Gününə həsr edilmiş poçt markasının xüsusi möhürlə söndürülməsi baş tutub.

Qeyd edək ki, rəssam Rahib Məmmədovun müəllifi olduğu poçt markasında Dövlət Bayrağı Meydanı və Bakı Bulvarı, eləcə də vətənpərvərlik ruhunu əks etdirən iki yeniyetmənin təsviri yer alıb. Marka 4 000 tirajla çap olunub.

Tədbirin sonunda iştirakçılara hədiyyələr təqdim edilib və xatirə fotosu çəkilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    November 2026    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30