Böyük Qayıdış çərçivəsində köçürülən ailələrə üstünlük meyarları açıqlanıb
Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası çərçivəsində keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı prosesi mərhələli şəkildə davam etdirilir.
Azturkxeber.az-ın məlumatına görə, qayıdış prosesində ilk növbədə qəzalı vəziyyətdə olan binalarda, eləcə də yataqxana, sanatoriya, düşərgə, məktəb və uşaq bağçaları kimi inzibati obyektlərdə ağır şəraitdə yaşayan keçmiş məcburi köçkün ailələrinə üstünlük verilir.
Bununla yanaşı, şəhid ailəsi üzvləri və müharibə iştirakçıları kimi xüsusi imtiyazlara malik keçmiş məcburi köçkünlər də ilk növbədə doğma torpaqlarına köçürülən ailələr sırasına daxil edilirlər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
