azturkxeber.az
http://azturkxeber.az

Peşəkar Çövkən Liqasının VIII turunun növbəti qarşılaşmaları keçirilmişdir

28-06-2026

26–27 iyun 2026-cı il tarixlərində Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə Binə Atçılıq Mərkəzində Peşəkar Çövkən Liqasının VIII turunun növbəti qarşılaşmaları keçirilmişdir.

Azturkxeber.az-ın məlumatına görə, iyunun 26-da keçirilən turun ilk oyun günündə "Şamaxı" komandası inamlı çıxışı ilə "Atilla" üzərində 6:0 hesablı parlaq qələbə qazanmış, günün ikinci görüşündə isə "Elite" komandası "Polad" komandasını 2:1 hesabı ilə məğlub edərək aktivinə növbəti üç xalı yazdırmışdır.

İyunun 27-də keçirilən qarşılaşmalarda "Omar" komandası "Xəzər" komandasına 5:0 hesabı ilə qalib gəlmişdir. Qarşılaşmanın ardınca baş tutan "Sərhədçi" – "Zəfər" görüşü turun ən maraqlı oyunlarından biri olmuşdur. Gərgin və prinsipial mübarizə şəraitində keçən qarşılaşmada "Sərhədçi" komandası 3:2 hesablı qələbə qazanmışdır.

VIII turun son oyununda "Buta Golden" və "Embawood" komandaları üz-üzə gəlmişdir. Dinamik və maraqlı mübarizə ilə yadda qalan qarşılaşma "Buta Golden" komandasının 3:1 hesablı qələbəsi ilə yekunlaşmışdır.

Qeyd edək ki, 10 komandanın iştirak etdiyi Peşəkar Çövkən Liqasında IX turun oyunlarının 3–4 iyul 2026-cı il tarixlərində keçirilməsi nəzərdə tutulur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    June 2026    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930