azturkxeber.az
http://azturkxeber.az

Sabunçuda avtomobildən 6000 manat oğurlayan şəxs saxlanılıb

14-11-2026

Sabunçu rayonu Ramana qəsəbəsində bir nəfər polisə müraciət edərək avtomobilindən 6000 manat nağd pul və bank kartlarının oğurlanmasını bildirib.

DİN-in Mətbuat Xidmətindən Azturkxeber.az-a verilən məlumata görə, polisin keçiridiyi tədbirlərlə əməli törətməkdə şübhəli bilinən E.Ağamirzəyev müəyyən edilərək saxlanılıb. Araşdırmalarla məlum olub ki, saxlanılan şəxs nəqliyyat vasitəsinin qapısının açıq olmasından istifadə edərək qeyd edilən hadisəni törədib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    November 2026    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30