Azərbaycan şahmatçıları Avropa çempionatında daha iki medal qazanıblar



Yunanıstanın Krit adasının Hersonissos şəhərində 8-18 yaşlı şahmatçılar arasında keçirilən Avropa çempionatında Azərbaycan millisinin üzvləri daha iki medal qazanıblar.
Azturkxeber.az xəbər verir ki, Tunar Davudov gümüş, Selin Məmmədova isə bürünc medala sahib olub.
Qeyd edək ki, daha əvvəl Nərmin Abdinova qızıl medal qazanıb.
Beləliklə, Azərbaycan millisi Avropa çempionatını 1 qızıl, 1 gümüş və 1 bürünc medalla başa vurub. Komanda hesabında 42 ölkə arasında 3-5-ci yerləri bölüşən yığmamız uğurlu nəticəyə imza atıb.
Şahmatçılarımızı təbrik edirik!
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: