“Uşaq Hüquqları Aylığı” çərçivəsində Sumqayıt Musiqi Kollecində maarifləndirmə tədbiri keçirilib
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva tərəfindən elan edilmiş “Uşaq Hüquqları Aylığı” çərçivəsində Azərbaycan Milli Konservatoriyasının nəzdində Sumqayıt Musiqi Kollecində maarifləndirmə tədbiri təşkil olunub.
Azturkxeber.az-ın məlumatına görə, tədbirdə Ombudsman Aparatının Uşaq hüquqlarının müdafiəsi sektorunun böyük məsləhətçisi Azər İsalı çıxış edərək Ombudsmanın uşaq hüquqlarının müdafiəsi sahəsində fəaliyyəti, bu istiqamətdə həyata keçirilən tədbirlər və mövcud müdafiə mexanizmləri barədə ətraflı məlumat verib.
Maarifləndirmə zamanı yetkinlik yaşına çatmayanlar tərəfindən törədilən hüquq pozuntuları və onların hüquqi nəticələri, rəqəmsal mühitdə uşaqların qarşılaşa biləcəyi təhlükə və risklər, eləcə də hüquq pozuntularının və digər riskli halların qarşısının alınmasına yönəlmiş effektiv preventiv yanaşmalar müzakirə olunub.
Tədbirdə kollecin 100-dən çox tələbəsi iştirak edib.
Sonda iştirakçıların sualları ətraflı cavablandırılıb, mövzu ilə bağlı fikir mübadiləsi aparılıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
