azturkxeber.az
http://azturkxeber.az

Özdemir Göktaş Azərbaycanın COP31 milli pavilyonunu ziyarət ediblər

13-11-2026



Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova və Türkiyənin ailə və sosial xidmətlər naziri Mahinur Özdemir Göktaş BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində Azərbaycanın milli pavilyonunu ziyarət ediblər.

Azturkxeber.az xəbər verir ki, pavilyonla tanışlıq zamanı Azərbaycanın ətraf mühitin mühafizəsi, iqlim dəyişmələri ilə mübarizə və dayanıqlı inkişaf istiqamətlərində həyata keçirdiyi tədbirlər, həmçinin bu sahələrdə reallaşdırılan layihə və təşəbbüslər barədə ətraflı məlumat verilib.

Görüş zamanı Azərbaycan və Türkiyə arasında əməkdaşlığın müxtəlif istiqamətləri, eləcə də qarşılıqlı maraq doğuran məsələlər ətrafında səmimi fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, COP31 Türkiyənin Antalya şəhərində keçirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    November 2026    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30