Mədəniyyət sahəsində layihələrin qrant maliyyələşdirilməsi üzrə müsabiqə elan olunur
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi mədəni və yaradıcı sənaye (MYS) sahəsində fəaliyyət göstərən hüquqi şəxslər (qeyri-hökumət təşkilatları istisna olmaqla) üçün qrant müsabiqəsi elan edir.
Azturkxeber.az xəbər verir ki, müsabiqənin məqsədi mədəniyyət xidmətlərinin və mədəni və yaradıcı sənaye sahələrinin inkişafını və keyfiyyətinin artırılmasını dəstəkləmək, innovativ fəaliyyət və tədqiqatları stimullaşdırmaq, mədəniyyət müəssisələrinin infrastrukturunun inkişafına, eləcə də mədəniyyət sahəsində maarifləndirmə işlərinə töhfə verməkdir.
Müsabiqə çərçivəsində aşağıdakı qrant kateqoriyaları üzrə maliyyələşmə nəzərdə tutulur:
Layihələr aşağıdakı istiqamətlər üzrə təqdim edilə bilər:
Layihələrin qəbulu 6–26 noyabr 2026-cı il tarixlərində elektron qaydada həyata keçirilir.
Müraciət etmək istəyən hüquqi şəxslər mygrant.culture.az veb-səhifəsi vasitəsilə qeydiyyatdan keçməlidirlər. Saytdan avtomatik olaraq myculture şəxsi kabinetinə yönləndirildikdən sonra “e-Müraciətlər” bölməsində müvafiq müsabiqənin adı seçilməklə layihə təqdim olunmalıdır.
Son müraciət tarixi: 26 noyabr 2026-cı il, saat 18:00.
Təqdim olunan layihələr 100 ballıq şkala üzrə qiymətləndiriləcək. Qiymətləndirmə nəticəsində 50 baldan aşağı nəticə əldə edən layihələr qrant maliyyələşdirilməsi üçün uyğun hesab edilməyəcək.
Mədəni və yaradıcı sənaye sahəsində fəaliyyət göstərən hüquqi şəxslər müsabiqədə iştirak edərək layihələrini təqdim edə bilərlər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
