azturkxeber.az
http://azturkxeber.az

Ombudsman Səbinə Əliyeva və Aparatın kollektivi Zəfər abidəsini ziyarət ediblər

08-11-2026


8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva və Ombudsman Aparatının kollektivi Zəfər abidəsini ziyarət ediblər.

Ziyarət zamanı Zəfər abidəsinin önünə tər güllər və gül dəstələri düzülüb, Azərbaycanın ərazi bütövlüyünün bərpası və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucalmış Vətən övladlarının əziz xatirəsi dərin ehtiramla yad edilib.

Qeyd olunub ki, qazanılmış tarixi Zəfər xalqımızın birliyinin, milli iradəsinin və Azərbaycan Ordusunun qəhrəmanlığının təcəssümüdür. Bu möhtəşəm Qələbə xalqımızın yaddaşında milli qürur və fəxarət rəmzi kimi əbədi yaşayacaq.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    November 2026    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30