Ali Məclisin deputatları və Aparatın kollektivi Zəfər abidəsini ziyarət edib





Noyabrın 8-də Zəfər Günü münasibətilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Arzu Abdullayev, Ali Məclisin deputatları və Aparatın kollektivi Naxçıvan şəhərindəki Zəfər abidəsini ziyarət ediblər.
Bu barədə Azturkxeber.az-a Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, ziyarət zamanı abidənin önünə gül dəstələri qoyulub, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın əziz xatirəsi ehtiramla yad edilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: