azturkxeber.az
http://azturkxeber.az

Zəfər Günü xalqımızın yaddaşında milli qürur və qəhrəmanlıq rəmzi kimi qalacaq

07-11-2026

Zəfər Günü xalqımızın yaddaşında milli qürur və qəhrəmanlıq rəmzi kimi qalacaq

Ağdam rayonunun Quzanlı qəsəbəsindəki Muğam Mərkəzində Rayon İcra Hakimiyyətinin və YAP rayon təşklilatının birgə təşkilatçılığı ilə Zəfər Gününə həsr olunmuş bayram tədbiri keçirilib.

Azturkxeber.az xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin mərkəzi meydanda ucaldılmış abidəsini, Şəhidlər Xiyabanını və “Şəhidlər” Abidə Kompleksini ziyarət edib, önünə gül dəstələri düzüblər.

Rayon İcra Hakimiyyətinin, YAP rayon təşkilatının, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər, veteranlar, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə Zəfərin altıncı ildönümünə həsr olunmuş rəsm sərgisinə baxış olub.

Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, Milli Məclisin deputatı Bəxtiyar Əliyev və digər çıxış edənlər 44 günlük Vətən müharibəsinin tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrilməsindən, xalqımızın öz liderinin - Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirməsindən, Müzəffər ordumuzun 19-20 sentyabr 2023-cü il tarixlərdə həyata keçirdiyi lokal antiterror tədbirləri nəticəsində Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam təmin olunmasından bəhs ediblər. Bildirilib ki, Zəfər Günü xalqımızın yaddaşında milli qürur və qəhrəmanlıq rəmzi kimi qalacaq.

Sonra Ağdam Musiqi Kollecinin “Qarabağ” instrumental ansamblının müşayiəti ilə Əməkdar artist Fehruz Səxavətin, kollecin müəllim və tələbələrinin təqdimatında xalq və bəstəkar mahnılarından ibarət musiqi nömrələri təqdim edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    November 2026    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30