Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu göndərib.
Azturkxeber.az xəbər verir ki, dövlət başçısı məktubunda İzmir vilayətində metallurgiya zavodunda baş vermiş partlayış nəticəsində çox sayda insanın həlak olması və xəsarət alması ilə bağlı xəbərin onu dərindən sarsıtdığını bildirib.
Prezident İlham Əliyev faciə ilə əlaqədar Türkiyə Prezidentinə, həlak olanların ailələrinə və yaxınlarına, eləcə də qardaş Türkiyə xalqına Azərbaycan xalqı adından və şəxsən öz adından dərin hüznlə başsağlığı verib, yaralananlara şəfa diləyib.
Məktubda deyilir:
“Hörmətli cənab Prezident.
Əziz Qardaşım.
İzmir vilayətindəki metallurgiya zavodunda baş vermiş partlayış nəticəsində çox sayda insanın həlak olması və xəsarət alması barədə xəbər bizi son dərəcə sarsıtdı.
Bu faciə ilə əlaqədar dərdinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm.
Allah rəhmət eləsin!”
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
