azturkxeber.az
http://azturkxeber.az

Şanlı bayrağımız altında birləşən Azərbaycan: müstəqillik, milli birlik və Zəfər salnaməsi

09-11-2026

9 Noyabr - Dövlət Bayrağı Günü xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və müstəqilliyimizin təntənəsidir. Üçrəngli bayrağımız azadlıq ideallarımızı, milli kimliyimizi, tarixi yaddaşımızı və Vətən sevgimizi özündə təcəssüm etdirən müqəddəs dövlət rəmzidir.

1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qəbul edilən bayrağımız Ümummilli Lider Heydər Əliyevin tarixi təşəbbüsü ilə 1990-cı il noyabrın 17-də Naxçıvanda yenidən ucaldılmış, müstəqilliyimizin bərpasından sonra dövlətimizin əsas rəmzlərindən birinə çevrilmişdir.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan 2020-ci il Şanlı Zəfəri və 2023-cü ildə suverenliyimizin ölkəmizin bütün ərazilərində bərpası üçrəngli bayrağımızın ifadə etdiyi müstəqillik və bütövlük ideallarının təntənəsi olmuşdur. Bu gün Qarabağ və Şərqi Zəngəzurda qürurla dalğalanan bayrağımız qalib xalqın iradəsini, dövlətimizin qüdrətini və tarixi ədalətin bərpasını nümayiş etdirir.

Dövlət Bayrağımız ətrafında birləşmək milli həmrəyliyimizə, dövlətçiliyimizə və müstəqilliyimizə sədaqətin ifadəsidir.

Üçrəngli bayrağımız daim yüksəklərdə dalğalansın!

9 Noyabr - Dövlət Bayrağı Günümüz mübarək!

Siyavuş Novruzov, Milli Məclisin Regional məsələlər komitəsinin sədri






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    November 2026    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30