azturkxeber.az
http://azturkxeber.az

Azad Vətən Partiyasının rəhbərliyi Zəfər abidəsini ziyarət edib

08-11-2026


Azad Vətən Partiyasının rəhbərliyi 8 Noyabr – Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət edib.

Azturkxeber.az xəbər verir ki, partiya nümayəndələri abidənin önünə gül dəstələri qoyaraq, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən şəhidlərin xatirəsini ehtiramla yad ediblər.

Ziyarət zamanı Azad Vətən Partiyasının sədri Akif Nağı mətbuata qısa açıqlama verərək Zəfər Gününün tarixi əhəmiyyətindən danışıb.

O bildirib:

“Bu gün Azərbaycan tarixinin ən mühüm qələbə günlərindən biridir. Düz 6 il əvvəl 30 illik həsrətimizə son qoyuldu. Nə xoşdur ki, bu gün bütün torpaqlarımız azaddır və suverenliyimiz tam təmin olunub. Buna görə çox qürurluyuq. Bir daha bu tarixi qələbə münasibətilə Ali Baş Komandanımızı, Ordumuzu və xalqımızı təbrik edirəm”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    November 2026    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30