azturkxeber.az
http://azturkxeber.az

Yorğa qaçışları üzrə “Zəfər Kuboku” turniri keçirilib

09-11-2026

Yorğa qaçışları üzrə “Zəfər Kuboku” turniri keçirilib.

Azturkxeber.az-ın məlumatına görə, yarış möhtəşəm konsert proqramı ilə başlayıb. Ardınca Dövlət Sərhəd Xidməti Akademiyasının kursantları Azərbaycan bayrağını və Zəfər Gününün simvolu olan “44” rəqəmini möhtəşəm fləşmobla nümayiş etdiriblər.

Daha sonra yarışda iştirak edən çaparların paradı keçirilib və qaçışlara start verilib.

Zəfər Gününün 6-cı ildönümünə həsr olunmuş turnirdə Azərbaycanın müxtəlif bölgələrindən gəlmiş 80-ə yaxın atlı start xəttinə çıxıb. İştirakçılar 1200–3200 metr məsafələri əhatə edən 14 kateqoriya üzrə mübarizə aparıblar.

1400 metr məsafəyə qaçışda Bakı çaparı, “Karatay” atının jokeyi Murad Həsənli qalib olub. 1600 metr məsafədə Gəncəli Xəlil Allahverdiyevin “Kabus” yorğası birinci yeri tutub. 1650 metr məsafəyə qaçışda isə Xocalıdan olan Vaqif Abdurəhmanovun “Cəllad” atı rəqiblərini geridə qoyaraq finişə birinci çatıb.

Digər məsafələr üzrə qaçışların nəticələri hakimlər kollegiyası tərəfindən xüsusi video müşahidələr vasitəsilə yenidən təhlil ediləcək və yekun nəticələr açıqlanacaq.

Qeyd edək ki, yorğa qaçışları üzrə mövsüm noyabrın 10-da keçiriləcək Baş yarışla başa çatacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    November 2026    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30