azturkxeber.az
http://azturkxeber.az

Binə Atçılıq Mərkəzində cıdır mövsümünün növbəti yarışları keçirilib

19-09-2026

Budəfəki yarışlarda starta 10 Qarabağ və 15 Dilbaz atı çıxıb.

3 yaşadək Qarabağ atlarının 1600 metr məsafəyə “Böyük tac” kuboku “Semum” atı ilə yarışmış Sadiq Azayevə qismət olub. “Yıldız” atının çaparı Ramal Əliyev finişə ikinci çatıb. Hilal Nəzərovun tərkində olduğu “Asya” atı 3-cü yeri çox çətinliklə qazanıb.

Əvəzində Hilal Nəzərov bu məsafəyə Dilbaz atlarının “Böyük tac” kuboku uğrunda yarışında “Mərmər 2” atı ilə kuboku başı üzərinə qaldırıb. Rauf Tahirovun “Zilahar”ı finişi 2-ci, Sadiq Azayevin çapdığı “Şans” atı isə 3-cü keçib.

4 yaşadək Dilbaz atları “Böyük Bakı” kubokunun qalibini də müəyyən ediblər. 2400 metr məsafədə derbi mübarizəsi Rauf Tahirovun “Zəmzəm”inin qələbəsi ilə yekunlaşıb. Hilal Nəzərovun çapdığı “Lavin”lə Ramal Əliyevin “Tomris”i müvafiq olaraq 2 və 3-cü pilləni tutub.

5 yaş və daha böyük yaşlı atların 2 yarışı da 2400 məsafəyə keçirilib. Qarabağ atlarının mübarizısində ARAF kuboku Hilal Nəzərovun çapdığı “Sultan” atına qismət olub. Dilbaz atlarının yarışı isə Sadiq Azayevin “Dərviş”atının uğuru ilə yekunlaşıb.

Növbəti startlar oktyabrın 3-ə planlaşdırılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2026    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
282930