Dövlət Komitəsinin kollektivi Zəfər Parkını ziyarət edib



8 Noyabr – Zəfər Günü münasibətilə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəhbərliyi və kollektivi Zəfər Parkını ziyarət ediblər.
Azturkxeber.az xəbər verir ki, ziyarət zamanı Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun Qələbə tarixini təcəssüm etdirən Zəfər abidəsinin önünə gül dəstələri qoyulub. Kollektiv üzvləri ölkəmizin ərazi bütövlüyü, suverenliyi və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla və dərin ehtiramla yad ediblər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: